"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək Plzen "Viktoriya"sı ilə (Çexiya) səfər matçını izləmək istəyən azarkeşlərə müraciət edib.

"Qarabağ" UEFA çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək Plzen "Viktoriya"sı ilə (çexiya) səfər matçını izləmək istəyən azarkeşlərə müraciət edib. Matc.az xəbər verir ki, klub bu barədə sosial şəbəkə hesablarında məlumat paylaşıb.
 
Xəbərdə bildirilir ki, Ağdam təmsilçisini dəstəkləmək istəyənlər oyun günü saat 19:00-dan 21:00-a qədər Plzen şəhər stadionunda "Qarabağ" azarkeşləri üçün ayrılmış U-12 və U-13 sektorlarının giriş qapısından bilet ala bilərlər. Biletin qiyməti 25 avrodur. ödəniş nağd və kartla qəbul ediləcək.
 
Avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk görüşdə hesab açılmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest