Azərbaycan çempionu "Qarabağ" bu gün UEFA çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa çıxıb. Matc.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda çexiyada "Viktoriya"nın (Plzen) qonağı olub.

Bakıda keçirilən ilk oyunda hesab açılmamışdı. Bu üzdən cavab qarşılaşmasında istənilən hesablı qələbə komandalardan birini çempionlar Liqasının qrup mərhələsinə çıxaracaqdı.

"Qarabağ"ın "Viktoriya" ilə matçda iki əsas itkisi vardı. Söhbət müdafiəçilər – zədəli Maksim Medvedev və Kevin Medinadan gedirdi. Buna baxmayaraq, qarşılaşmada hesabı məhz Azərbaycan çempionu açıb. Amma qalan dəqiqələrdə iki qol buraxan Ağdam klubu matçdan məğlub ayrılıb. Bu üzdən də "Qarabağ" mübarizəni çL-in yox, Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.

"Qarabağ" çempionlar Liqasının pley-off mərhələsinədək Polşanın "Lex", İsveçrənin "Sürix" və Macarıstanın "Ferentsvaroş" komandalarını mübarizədən kənarlaşdırmışdı.

Ağdam təmsilçisi tarixində yalnız bir dəfə, 2017-ci ildə çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

UEFA çempionlar Liqası
Pley-offun cavab oyunu
23 avqust

Viktoriya (Plzen) – Qarabağ 2:1
Qol: Y.Kopiç, 58. Y.Kliment, 73 – F.Ozobiç, 38.
Hakimlər: Artur Dias, Rui Tavares, Paulo Soares, Fabio Verisimo (hamısı Portuqaliya).
Plzen. "Dusan Arena".
İlk oyun – 0:0.

Viktoriya: 36. Yindrjix Stanek, 4. Ludek Pernitsa (k), 7. Yan Sikora, 10. Yan Kopiç, 15. Tomaş Xori, 18. Con Moskera, 20. Pavel Buxa, 21. Vatslav Yemelka, 23. Lukaş Kalvax, 24. Milan Havel, 44. Libor Holik.
Ehtiyat oyunçular: 13. Marian Tvrdon, 16. Martin Yedliçka, 3. Məhəmməd Tijani, 6. Vatslav Pilarj, 9. Yan Kliment, 22. Kadu, 25. Aleş çermak, 26. Filip çihak, 33. Rene Dediç, 77. Erik Yirka, 99. Modu Ndiaye.
Baş məşqçi: Mixal Bilek.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest