"Çexiyada "Qarabağ" yəqin ki, erkən qol vurmaq istəyəcək. Bununla da rəqibi hərəkətə keçirəcək"

UEFA çempionlar Liqasının pley-off mərhələsində öz meydanında çexiyanın "Viktoriya" klubu ilə heç-heçə (0:0) edən "Qarabağ" bu gün Bakı vaxtı ilə saat 23:00-da səfərdə cavab matçına çıxacaq. Matc.az xəbər verir ki, 2007-2011-ci illər aralığında Ağdam təmsilçisinin heyətində çıxış etmiş sabiq yarımmüdafiçi Ayxan Abbasov oyun ərəfəsində açıqlama verib:
 
"Qarabağ" Avropada ayrı-ayrı ölkələrin klubları ilə rastlaşıb. Fiziki baxımdan güclü olan, sürətli və texniki futbola üstünlük verən klublara qarşı oynayıblar. Biz daima bunun şahidi olmuşuq. "Viktoriya" kimi klublar isə "Qarabağ"ın istədiyi rəqib deyil. Ağdam təmsliçisi açıq, sürətli və hücum futboluna üstünlük verir. Bizim çempionatda da bunun şahidi ola bilərik. Buna baxmayaraq "Qarabağ" belə qapalı və müdafiəyə bağlanan kluba qarşı oynamağa hazırdır. Yerli çempionata baxsaq görərik ki, öz klublarımız da bəzi oyunlarda məcbur olub "köhlən atlar"a qarşı müdafiə futbolu oynayırlar. Odur ki, bu baxımdan "Qarabağ"ın təcrübəsi var. 
 
çexiyada "Qarabağ" yəqin ki, erkən qol vurmaq istəyəcək. Bununla da rəqibi hərəkətə keçirəcək. 
 
çempionlar Liqasının pley-off mərhələsidir. Hər iki komanda bu mərhələnin ciddiyətini anlayər və növbəti mərhələyə keçmək üçün əlindən gələni edəcək. Fikrimcə bu mübarizədə "Qarabağ"ın şansları daha çoxdur. Bu futboldur, biri var kağız üzərində güclü olasan biri də var meydanda. "Qarabağ"a uğurlar". fanat.az
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest