"Qarabağ" bu gün UEFA çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə çexiya çempionu "Viktoriya" (Plzen) ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, meydan sahiblərinin heyətində əsas itki cəzalı duruma düşən kapitan Lukaş Heydanın oynamamasıdır.
 
çexiya yığmasının sabiq üzvü Milan Fukal Heydanın yoxluğunu Plzen klubu üçün ciddi itki adlandırıb: "Heyda əla keyfiyyətlərə malik əsl liderdir. Təbii ki, onun kapitan olması da çox şeydən xəbər verir. Hər kəs əvəz edilə bilər, amma mənim üçün Heyda uzun müddətdir ki, standartdan yuxarı oynayır. Onun olmaması "Viktoriya" üçün müəyyən problemlər yarada bilər. ümid edirəm ki, onu əvəz edəcək futbolçu tapılacaq və komanda qrupa düşəcək.
 
Onun yoxluğu ən çox müdafiə xəttinin idarə edilməsində özünü göstərəcək. Belə yerdə komanda yoldaşlarının böyük hörmət bəslədiyi Novotnı yadıma düşür. Heydada da vəziyyət belədir. Komanda yoldaşları ona arxalana bilərlər. Heç kimin oyun bacarığını aşağı salmaq istəmirəm, lakin Heyda "Viktoriya"nı təşkil edən halqalardan ən vacibidir və indi o, olmayacaq.
 
Yemelkanın transferi indi çox düşünülmüş addım kimi görünür. Onsuz "Viktoriya"nın problemləri yaranardı. Yemelka ilk oyunu yaxşı keçirdi,  bu, komandaya uyğynlaşmaq baxımından vacibdir. İstərdim ki, onun soyuqqanlılığı cavab matçında da davam etsin".
 
Bu gün Plzendə keçiriləcək "Viktoriya" - "Qarabağ" matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək. Bakıda keçirilmiş ilk oyun qolsuz bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest