çempionlar Liqasının (çL) 1/8 final mərhələsində "Liverpul"la səfərdə qolsuz bərabərə qalan "Bavariya" daha bir itki ilə üzləşib. Matc.az saytının məlumatına görə, münhenlilər müdafiəçi Yozua Kimmixin xidmətindən məhrum qalıb.

Buna səbəb 24 yaşlı futbolçunun "Enfild Roud"dakı görüşün 28-ci dəqiqəsində sarı vərəqə alması olub. Bununla Kimmix cari mövsüm çL-də 3-cü sarı vərəqəsini alıb. Onunla yanaşı, qırmızı vərəqə cəzalısı Tomas Müller də Almaniyadakı cavab matçını buraxacaq.

Qeyd edək ki, bu komandalar arasındakı ikinci oyun martın 13-də "Alyans Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest