"Bütün komanda buna layiq idi və əla çıxış etdik. Görüşə yaxşı başladıq. Azarkeşlər də əla idi. Bizi irəli atırdılar"

"Belə çətin rəqibə qarşı matçı bu səviyyədə keçirmək inanılmazdır". Matc.az xəbər verir ki, bunu "Viktoriya"nın (Plzen) klubunun futbolçusu Pavel Buxa çexiyada "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.
 
24 yaşlı yarımmüdafiəçi mövsümün əvvəlində qarşılarına qoyduqları hədəfə çatdıqlarını bildirib: "Bu, gerçəkləşən bir yuxudur. Bütün komanda buna layiq idi və əla çıxış etdik. Görüşə yaxşı başladıq. Azarkeşlər də əla idi. Bizi irəli atırdılar".
 
Qeyd edək ki, komandalar arasında Bakıdakı ilk matçda qolsuz bərabərlik qeydə alınıb. "Viktoriya" UEFA çempionlar Liqasının, "Qarabağ" isə UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest