Bu gün UEFA çempionlar Liqasında 2022/23 mövsümünün qrup mərhələsinə start verilir. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb "Dinamo"su da bu gün ilk matçına çıxacaq.
 
Xorvatiya çempionu E qrupunun ilk turunun oyununda doğma meydanda "çelsi"ni qəbul edəcək. Artıq komandaların heyətləri açıqlanıb. "Dinamo"nun baş məşqçisi Ante çaçiç Mahirə start heyətdə yer verməyib. 25 yaşlı hücumçu matça ehtiyat oyunçular skamyasında başlayacaq.
 
"Dinamo" – "çelsi" matçına Bakı vaxtilə saat 20:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest