çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA-nın azarkeşlər arasında apardığı sorğunun qalibi bəlli olub.

Ən çox səs toplayan "Atletiko"nun müdafiəçisi Dieqo Qodin həftənin oyunçusu adına layiq görülüb. Uruqvaylı futbolçu 1/8 final mərhələsində "Yuventus"la ilk görüşdə 1 qol vurub. O, Tiaqo Alkantara ("Bavariya"), Ceyson Denayer ("Lion") və Rahim Sterlinqi ("Mançester Siti") qabaqlayıb.

Qeyd edək ki, "Atletiko" - "Yuventus" oyunu birincilərin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest