Türkiyənin avrokuboklardakı son təmsilçiləri olan "Qalatasaray" və "Fənərbaxça" Avropa Liqasının 1/16 final mərhələsində mübarizəni dayandırıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu mövsüm Türkiyə təmsilçiləri ümumilikdə 70 milyon avroluq gəlir əldə edib.

Qonşu ölkəni 5 klub - "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş", "Akhisar" və "Başakşəhər" təmsil etsə də, məbləğ, demək olar ki, 4 klub arasında bölüşdürülür. çünki pulun cəmi 1 faizi "Başakşəhər"ə çatır.

Bu baxımdan "Qalatasaray" digərlərini aşkar üstələyir. Mübarizəyə çempionlar Liqasında başlayan və qrupda 3-cü yeri tutaraq Avropa Liqasına yuvarlanan "cim-bom" məbləğin 55 faizinə sahib çıxıb. Bu isə 38,5 milyon avro edir. ümumi gəlirdən "Fənərbaxça" 18, "Beşiktaş" 16, "Akhisar" isə 10 faizlik pay götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest