Bu gün UEFA çempionlar Liqasının qrup mərhələsində 2-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, ikinci oyun günündə ümumilikdə 9 qarşılaşma baş tutub.
A qrupunun təxirə salınmış görüşündə "Reyncers" Şotlandiyada "Napoli"ni qəbul edib. İlk turda "Liverpul"a qalib gələn Neapol təmsilçisi bu dəfə də darmadağına sevinib.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su İtaliyada "Milan"ın qonağı olub. Mahirin sonadək ehtiyatda qaldığı matçda komandası məğlubiyyətlə üzləşib. E qrupunun digər matçında "çelsi" "Zalsburq"u qəbul edib və xal itkisi ilə üzləşib.
F qrupunda yer alan turnirin son qalibi "Real" evdə "Leypsiq"i sınağa çəkib və inamlı qələbəyə sevinib. Donetsk "Şaxtyor"u isə "Seltik"in müqavimətini qırmağı bacarmayıb. Bu qarşılaşma heç-heçə bitib.
Günün maraqla gözlənilən qarşılaşması "Mançester Siti" ilə Dortmund "Borussiya"sı arasında olub. "Şəhərlilər"in yay transfer dönəmində heyətinə qatdığı Erlinq Haland məhz Almaniya klubundan alınıb. üç qolun qeydə alındığı matçda İngiltərə təmsilçisi əzmkar qələbəyə sevinib. Qələbə qolunu da məhz Haland rəqib qapısından keçirib. Qrupun digər matçında "Kopenhagen" "Sevilya" ilə qarşılaşıb. Bu oyunda isə qapılara qol vurulmayıb.
H qrupunda isə "Yuventus" "Benfika"nı, Hayfa "Makkabi"si də PSJ-ni qəbul edib. Turin klubunun hesabı açdığı oyundan məğlubiyyətlə ayrıldığı gündə Paris təmsilçisi inamlı qələbəyə sevinib.
	UEFA çempionarl Liqası
	Qrup mərhələsi, 2-ci tur
	14 sentyabr
A qrupu
	Reyncers (Şotlandiya) – Napoli (İtaliya) 0:3
	Qol: Politano, 68-pen. Raspadori, 85. Ndombele, 90+1.
Xal: Napoli – 6. Liverpul – 3. Ayaks – 3. Reyncers – 0.
E qrupu
	Milan (İtaliya) – Dinamo (Zaqreb, Xorvatiya) 3:1
	Qol: Jiru, 45. Salemakers, 47. Pobeqa, 77 – Orşiç, 56.
	
	çelsi (İngiltərə) – Zalsburq (Avstriya) 1:1
	Qol: Sterlinq, 48 – Okafor, 75.
Xal: Milan – 4. Dinamo – 3. Zalsburq – 2. çelsi – 1.
F qrupu
	Şaxtyor (Donetsk, Ukrayna) – Seltik (Şotlandiya) 1:1
	Qol: Mudrik, 29 – Bondarenko, 10-öz qapısına.
	
	Real (İspaniya) – Leypsiq (Almaniya) 2:0
	Qol: F.Valverde, 80. Asensio, 90+1.
Xal: Real – 6. Şaxtyor – 4. Seltik – 1. Leypsiq – 0.
G qrupu
	Kopenhagen (Danimarka) – Sevilya (İspaniya) 0:0
	
	Mançester Siti (İngiltərə) – Borussiya (Dortmund, Almaniya) 2:1
	Qol: Stounz, 80. Haland, 84 – Bellingem, 56.
Xal: Mançester Siti – 6. Borussiya – 3. Kopenhagen – 1. Sevilya – 1.
H qrupu
	Yuventus (İtaliya) – Benfika (Portuqaliya) 1:2
	Qol: Milik, 4 – J.Mario, 43-pen. Neres, 55.
	
	Makkabi (Hayfa, İsrail) – PSJ (Fransa) 1:3
	Qol: çeri, 24 – Messi, 37. Mbappe, 69. Neymar, 88.
Xal: Benfika – 6. PSJ – 6. Yuventus – 0. Makkabi – 0.

            
 










