"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u futbolçusu Kostas Manolasla yollarını ayırır. Matc.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.
 
Onun sözlərinə görə, 31 yaşlı yunanıstanlı müdafiəçi karyerasını Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şarca" klubunda davam etdirəcək. Transferin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.
 
"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest