Almaniya Bundesliqasında 8-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.

“Herta” - “Hoffenhaym” matçında qalib müəyyənləşməyib. 5 qolun vurulduğu “Şalke” - “Auqsburq” matçı isə qonaqların xeyrinə başa çatıb.

8 turdan sonra zirvədə qərarlaşan “Union Berlin” və “Frayburq” komandalarının hesabında 17 xal var. “Bayern” və Dortmund “Borussiya”sı isə 15 xalla 3-4-cü pillələri bölüşürlər.

Almaniya Bundesliqası
8-ci tur

30 sentyabr

Bayern – Bayer 4:0
Qol: Sane, 3. Musiala, 17. Mane, 39. Müller, 84.

1 oktyabr

Ayntraxt – Union Berlin 2:0
Qol: Götse, 12. Lindstrom, 42.

Köln – Borussiya (Dortmund) 3:2
Qol: Kaynts, 53. Tigges, 56. Lyubiçiç, 71 – Brandt, 31. Şmits, 78-öz qapısına.

Frayburq – Maynts 2:1
Qol: Qreqoriç, 3. Kyereh, 37 – Martin, 52.

Leypsiq – Bohum 4:0
Qol: Verner, 15; 53. Nkunku, 23-pen; 85.

Volfsburq – Ştutqart 3:2
Qol: Marmuş, 23. Arnold, 38. Gerhardt, 90+1 – Jirassi, 22. Mavropanos, 45+1.

Verder – Borussiya (Mönhenqladbax) 5:1
Qol: Fullkruq, 5; 13. Duks, 8. Bensebaini, 37-öz qapısına. Veyser, 73 – Turam, 63.

2 oktyabr

Herta – Hoffenhaym 1:1
Qol: Lukebakio, 37 – Kramariç, 25.

Şalke – Auqsburq 2:3
Qol: Terodde, 33. Krauss, 63 – Demiroviç, 9; 21. Han, 77.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest