Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) UEFA çempionlar Liqası ilə bağlı maraqlı statistik rəqəmlər açıqlayıb. Matc.az IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, ötən gecə çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində baş tutan "Viktoriya" (Plzen, çexiya) ilə görüş İtaliyanın "İnter" klubunun hücumçusu Edin Dzeko üçün əlamətdar olub.
 
Sözügedən matçda iki qola imza atan bosniya və herseqovinalı forvard 35 yaşı tamamladıqdan sonra qitənin ən nüfuzlu klub turnirində 5 qol vuran üçüncü oyunçu olub. O, bu göstərici ilə Fili Dişi Sahili millisinin, həmçinin Marsel "Olimpik"i, "çelsi" və "Qalatasaray"ın keçmiş hücumçusu Didye Droqbaya çatıb.
 
Bu yaşdan sonra ən çox qol vuran oyunçu isə Kristiano Ronaldodur - 12 qol.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest