Püşkdə öz qrupunun qalibi olan komandalar "səpələnmişlər", qrup ikinciləri isə "səpələnməmişlər" səbətində yer alacaqlar.

Noyabrın 7-də UEFA çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Matc.az xəbər verir ki, mərasim UEFA-nın Nyon şəhərindəki qərargahında təşkil olunacaq və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
 
Püşkdə öz qrupunun qalibi olan komandalar "səpələnmişlər", qrup ikinciləri isə "səpələnməmişlər" səbətində yer alacaqlar.
 
Noyabrın 7-də həmçinin Avropa Liqasının pley-off mərhələsinin (1/16 final) püşkü atılacaq. Bu mərhələnin iştirakçılarının hamısının adına bu gün Avropa Liqasının qrup mərhələsində keçiriləcək son turun oyunlarından sonra aydınlıq gələcək.
 
Qrup qalibləri (səpələnmişlər)
 
Bayern (Almaniya)
Benfika (Portuqaliya)
Mançester Siti (İngiltərə)
Napoli (İtaliya)
Porto (Portuqaliya)
Real (İspaniya)
Tottenhem (İngiltərə)
çelsi (İngiltərə)
 
Qrup ikinciləri (səpələnməmişlər)
 
Ayntraxt (Almaniya)
Borussiya (Dortmund, Almaniya)
Brügge (Belçika)
İnter (İtaliya)
Milan (İtaliya)
Leypsiq (Almaniya)
Liverpul (İngiltərə)
PSJ (Fransa)
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest