UEFA Madrid "Real"ının müdafiəçisi Serxio Ramosu cəzalandırıb. Matc.az xəbər verir ki, qitə futbol qurumunun İntizam Komitəsi çempionlar Liqasının 1/8 final mərhələsində "Ayaks"la görüşün sonlarında etdiyi hərəkətə görə ispaniyalını 2 oyunluq diskvalifikasiya edib.

Ramos fevralın 13-də Amsterdamda baş tutmuş qarşılaşmanın 89-cu dəqiqəsində "Ayaks"ın futbolçusu David Neresə qarşı kobudluq etdiyindən qarşısında sarı vərəqə görmüşdü. Komandası 1/4 finala çıxacağı təqdirdə Ramos həmin mərhələdə "Real"a kömək edə bilməyəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest