Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov sosial şəbəkə hesabında maraqlı paylaşım edib. Matc.az xəbər verir ki, o, "chess.com" saytında erməni rəqibinə mat qoyub və bu qələbəsini "skrin" edərək feysbukda paylaşıb.

Onun bu paylaşımına münasibət bildirənlərdən biri də "Neftçi"nin prezidenti Kamran Quliyev olub. O, PFL prezidentinə zarafatla "Utanmırsan? Bu ki genosiddir!" sözlərini yazaraq, ermənilərə "ilişib".

Xatırladaq ki, Elxan Səmədov bu ilin iyulundan Peşəkar Futbol Liqasına rəhbərlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest