Təmsilçimiz növbəti mərhələdə İsrailin "Hapoel" (Beer-Şeva) komandası ilə qarşılaşacaq.
"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
Matc.az xəbər verir ki, təmsilçimiz növbəti mərhələdə İsrailin "Hapoel" (Beer-Şeva) komandası ilə qarşılaşacaq.
Turnirin pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə avqustun 25-26-da baş tutacaq.
Püşkün nəticəsinə əsasən, iki oyunluq qarşıdurmanın ilk matçı İsrail təmsilçisinin meydanında keçiriləcək.
"Sabah" bu rəqib səddini adlayacağı təqdirdə qitənin ən nüfuzlu klub turnirinin ümumi mərhələsinə vəsiqə qazanacaq.
"Sabah" "Hapoel" səddini keçə bilməyəcəyi təqdirdə birbaşa UEFA Avropa Liqasının ümumi (qrup) mərhələsinə vəsiqə qazanacaq.













