08 Avqust 2026, 14:40
FUTBOL
"İmişli" ötən mövsüm ev oyunlarına ev sahibliyi edən Quba Olimpiya İdman Kompleksinin stadionundan ayırıb.
"İmişli" ötən mövsüm ev oyunlarına ev sahibliyi edən Quba Olimpiya İdman Kompleksinin stadionundan ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi sosial şəbəkə hesablarında məlumat yayıb.
Bildirilir ki, bölgə təmsilçisi paylaşımında arenaya rəsmən əlvida deyib. İmişlilər Quba şəhərində onlara göstərilən xüsusi diqqətə, yaradılan yüksək səviyyəli şəraitə və səmimi qonaqpərvərliyə görə təşəkkürlərini ünvanlayıblar.
Qeyd edək ki, komanda yeni mövsümdən etibarən rəqiblərini Yevlax şəhər stadionunda qəbul edəcək.













