Marselo bu mövsüm Avropa Liqasının qrup mərhələsində Azərbaycan təmsilçisi "Qarabağ"a qarşı hər iki oyunda (0:3, 0:0) iştirak edib.

"Olimpiakos" ulduz futbolçusu Marselo ilə yollarını ayırır. Matc.az xəbər verir ki, Yunanıstan klubu braziliyalı müdafiəçi ilə müqaviləni ləğv etmək qərarına gəlib.
 
Uzun illər "Real"dan ayrıldıqdan sonra pireylilərlə anlaşan 34 yaşlı sol cinah oyunçusunun həm əvvəlki formasını bərpa edə bilməməsi, həm də görüşlərdə 30 dəqiqədən çox oynamaq gücündə olmaması rəhbərliyi və məşqçilər korpusunu bu addıma əl atmağa vadar edir.
 
Hətta baş məşqçi Miçel rəhbərliklə görüşündə qış fasiləsindən sonra Marselonu sərəncamında görmək istəmədiyini bildirib. Sözləşmənin ləğvi prosesinə artıq start verilib. Bu isə o deməkdir ki, Marselonun "Olimpiakos" karyerası cəmi 3 ayla yekunlaşacaq.
 
Qeyd edək ki, Marselo bu mövsüm Avropa Liqasının qrup mərhələsində Azərbaycan təmsilçisi "Qarabağ"a qarşı hər iki oyunda (0:3, 0:0) iştirak edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest