"İpsviç" klubu Yaponiya millisinin hücumçusu Daydzen Maedanın transfer olunduğunu elan edib.

Matc.az xəbər verir ki, bu barədə ingilislərin mətbuat xidməti rəsmi saytında məlumat yayıb.

28 yaşlı hücumçu ilə 3 mövsümlük – 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

Transferin məbləği 11,7 milyon avro təşkil etdiyi bildirilir.

Maeda bu yay ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatında iştirak edib və Yaponiya millisi ilə 1/16 finala qədər yüksəlib.

Pley-offun ilk mərhələsində yaponiyalılar Braziliya yığmasına uduzublar (1:2). Maeda 3 qarşılaşmada meydanda olub və vurduğu qolla yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest