Belçika millisi Dç-2022-dəki ilk oyununda Kanada yığmasını çətinliklə məğlub etdi. 1:0 hesablı qələbədə belçikalıların qapıçısı Tibo Kurtuanın xüsusi əməyi oldu.
 
Qarşılaşmanın əvvəlində rəqib futbolçu Alfonso Deyvisin penalti zərbəsini dəf edən, həmçinin bir neçə qurtarışı ilə diqqət mərkəzinə düşən Madrid "Real"ının qapıçısı özündən söz etdirməyi bacardı.
 
Onu bu oyunda dəstəkləyənlər arasında tribunada əyləşən ailə üzvləri də olub. Belə ki, o, matçdan sonra  tribunaya yaxınlaşaraq həyat yoldaşı, atası, eləcə də digər ailə üzvləri ilə görüşüb.
 
Kurtuanın həyat yoldaşı Mişel Qerziqin matçdan sonra paylaşdığı fotolarda diqqət çəkən məqamlardan biri də Tibonun atası Tyerri Kurtuaya həddən artıq bənzəməsidir. Tyerri də keçmiş idmançıdır. O, voleybolçu karyerasını 2006-cı ildə bitirib, o vaxtdan bəri də idman direktoru kimi çalışır. İllər keçdikcə Tibonun da atasına daha çox oxşamağa başladığı bildirilir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest