İran millisinin Azərbaycan əsilli keçmiş futbolçusu Əli Daeinin restoranı və zərgərlik mağazası möhürlənib. Matc.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb. 
 
Məlumatda bildirilir ki, bu barədə qərarı yerli hökumət çıxarıb. 53 yaşlı Daei İranda etirazçıların çağırışına dəstək olaraq mağazalarının 14-16 dekabrda bağlanacağını açıqlamışdı.
 
Daei İranda baş verən hadisələrdə etirazçılarla həmrəy olduğunu bildirmişdi. Bundan sonra onun pasportu əlindən alınıb. O, İrandakı vəziyyətə görə Qətərdə keçirilən dünya çempionatına getmədiyini də açıqlamışdı. Bir müddət əvvəl veteran futbolçunun özü və ailəsi təhdid olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest