çempionlar Liqasının son üçqat qalibi "Real" bu dəfə 1/8 finalda mübarizəni dayandırıb. Matc.az saytının məlumatına görə, "kral klubu" səfərdə üstələdiyi (2:1) "Ayaks"a evdə böyük hesabla (1:4) yenilərək, yarışdan kənarlaşdırılıb.

Bununla Hollandiya klubu 16 ildən sonra 1/4 final həyəcanı yaşamağa müvəffəq olub. Qarşılaşmadan sonra isə hər iki komandanın baş məşqçi və futbolçuları təəssüratlarını bölüşüb.

Santyaqo Solari ("Real"ın baş məşqçisi): "çox ağır həftə oldu. çətin zamanda bizi dəstəkləyən azarkeşlərdən üzr istəyirik. Əlimizdən gələni etdik, bizdən imtina etməyin. Bu gün bizdə Serxio Ramos çatışmırdı. Oyunçuları günahlandırmaq istəmirəm, amma Ramos kapitanımızdı. Bəli, çətin mövsüm keçiririk. Amma biz belə anlarda xarakter göstərmək və ürəklə mübarizə aparmaq üçün burdayıq. Bu mövsüm bir neçə gənc oyunçuya şans verdik. Onlar böyük futbolçulardı, bunu bilirəm. "Real" şəxslərdən böyükdü, o, yenidən güclü komanda kimi qayıdacaq".

Naço ("Real"ın müdafiəçisi): "Bu gün məhv olduq. Mövsümün bu mərhələsində heç bir cəbhədə birincilik şansımız qalmayıb. İspaniya kubokundan və çempionlar Liqasından çıxdıq, La Liqanın qalibi olmaq şansımız, demək olar ki, yoxdu. Bu, çox ağırdı".

Dani Karvahal ("Real"ın müdafiəçisi): "özümü heç vaxt belə pis hiss etməmişdim. Nələr baş verdiyini izah edə bilmirəm. öz səhvlərimiz ucbatından cəzalandırıldıq. Bəhanə axtarmağa ehtiyac yoxdu, "Ayaks" daha yaxşı idi. "Barselona"ya ardıcıl iki məğlubiyyətin ardından matça köklənmək asan olmadı. Oyuna diktə etməyə çalışdıq, ancaq iki səhv hesabı 0:2-yə gətirdi. 3-cü qol isə bizi "öldürdü". Daha yaxşısını bacara biləcək gənc heyətimiz var. Başa düşürük ki, mövsüm bizim üçün başa çatıb. Ancaq La Liqadakı oyunlarda qələbələr qazanmağa çalışacağıq. İşə peşəkar səviyyədə yanaşmaq bizim borcumuzdu".

Toni Kroos ("Real"ın yarımmüdafiəçisi): "Futbolçuların heç biri ən yaxşı oyununu göstərə bilmədi. Ən azı özüm haqda deməliyəm ki, səviyyəmdən aşağı çıxış etdim. Fikrimcə, yalnız İspaniya Kral Kubokunda "Barselona" ilə matçı yaxşı keçirdik. Bunun da fonunda 0:3 hesabı ilə uduzmuşduq. Son üç il ərzində əldə etdiklərimizi nəzərə alsaq, cari mövsümdəki nəticələr normal deyil. ötən mövsüm də bəzi kiçik problemlərimiz var idi. çempionlar Liqasından ayrıldığımız üçün təəccüblənirik. Ancaq etiraf etməliyik ki, "Ayaks" növbəti mərhələyə layiq idi".

Lukas Vaskes ("Real"ın yarımmüdafiəçisi): "Son üç oyunu çox pis keçirdik. Bu, "Real" deyil. Biz meydanda "Ayaks" qədər yaxşı deyildik. Onlar qələbəyə layiq idilər. Ancaq bunu qəbul etməliyik. Son üç mövsümdə möhtəşəm uğurlar qazandıq. Bu mövsüm isə gözlənilən kimi keçmir. Oyunumuzda nə baş verdiyini izah etmək çətindi. Amma mövsümü yaxşı başa vurmaq üçün oyunumuzu düzəltməliyik".

Erik ten Haq ("Ayaks"ın baş məşqçisi): "Mükəmməlliyə çox yaxın gecə oldu. İki oyunun yekununda biz növbəti mərhələyə adlayırıq və buna da layiq idik. Bu gün komandamı seyr etməkdən həzz aldım. Unutmayaq ki, biz mübarizəyə təsnifat mərhələsindən başlamışıq. Ancaq hələ də 3 turnirdə yarışı davam etdiririk və hamısını qazanmaq istəyirik. Püşkatmanı səbirsizliklə gözləmirəm. çünki bütün rəqiblər böyük komandadı. Elə "Real" da belə idi".

Matey de Liqt ("Ayaks"ın müdafiəçisi): "Madriddə müsbət nəticə qazanmaq məcburiyyətində idik. Bilirdik ki, öz oyunumuzu göstərə bilsək, "Real"a problem yaradacağıq. Amsterdamdakı ilk görüşdə də bunu hiss etdik. "Ayaks" bu gün ən yaxşı oyununu sərgilədi. Turnirin favoritlərindən olan "Bavariya"ya problemlər yaratdıq, indi isə kubokun qalibini sıradan çıxardıq. Kim bilir, biz hara qədər gedəcəyik".

Duşan Tadiç ("Ayaks"ın yarımmüdafiəçisi): "Bəlkə də, bu, karyeramın ən yaxşı oyunu idi. Biz dünyanın ən güclü klubuna qalib gəldik. özümüzlə qürur duyuram. Futbolda yalnız dincəlmək və oyunundan zövq almaq var".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest