Niderland çempionatının 18-ci turunda "Volendam"la (1:1) qarşılaşmanın ardından səbr kasası dolan rəhbərlik mütəxəssisi qovmaq qərarına gəlib. Erediviziyada ardıcıl 5-ci heç-heçə Şrederin istefaya göndərilməsi ilə nəticələnib.

"Ayaks" baş məşqçisi Alfred Şrederlə vidalaşıb. Matc.az xəbər verir ki, buna səbəb komandanın son oyunlarda uğursuz nəticələr göstərməsi olub.
 
Niderland çempionatının 18-ci turunda "Volendam"la (1:1) qarşılaşmanın ardından səbr kasası dolan rəhbərlik mütəxəssisi qovmaq qərarına gəlib. Erediviziyada ardıcıl 5-ci heç-heçə Şrederin istefaya göndərilməsi ilə nəticələnib.
 
Qeyd edək ki, Şreder ötən ilin yayında komandanın sükanı arxasına gətirilib. Onun rəhbərliyi altında "Ayaks" bütün yarışlarda 25 oyun keçirib, 12 qələbə, 6 heç-heçə, 7 məğlubiyyətlə yadda qalıb.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest