"Qarabağ"la cavab oyununun nəticəsi fəlakət idi. Həmin matçda komandam dağıldı, kompakt oynaya bilmədik". Matc.az xəbər verir ki, bunu Polşanın "Lex" klubunun baş məşqçisi Con van den Brom Bakıda "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları UEFA çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu barədə yerli mətbuata açıqlamasında deyib.
 
ötən ilin iyulunda baş tutmuş matçları xatırlayan niderlandlı mütəxəssis bildirib ki, Poznandakı qələbədən (1:0) sonra səfərdə böyük hesabla uduzmaq məyusedici olub: "Bu görüşdən çox şey öyrəndik. Bunu özüm haqqında da deyə bilərəm. çətin oyun alınmışdı. Müdafiənin mərkəzində problemlərimiz var idi. çoxlu səhv etdik. Rəqib bunlardan istifadə edirsə, məğlubiyyət qaçılmazdır".
 
O, Azərbaycan təmsilçisinin son illər daim avrokubokların qrup mərhələlərində çıxış etdiyini vurğulayıb: "Onların kim olduğunu, heyətində kimlərin oynadığını xatırlamaq lazımdır. "Qarabağ" böyük avrokubok təcrübəsi və çoxlu sayda keyfiyyətli oyunçusu olan komandadır".
 
Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"i ilə qarşılaşacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest