çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər müəyyənləşib. Matc.az saytı xəbər verir ki, 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən ilk 4 oyundon sonra 4 futbolçu bu ada namizəd göstərilib.

UEFA-nın müəyyənləşdirdiyi siyahıda 1/4 finala adlayan klubların oyunçuları yer alıb. Bunlar Uqo Lyoris ("Tottenhem"), Duşan Tadiç ("Ayaks"), Mussa Mareqa ("Porto") və Romelu Lukakudu ("Mançester Yunayted").

Qeyd edək ki, azarkeşlər arasında aparılan səsvermənin nəticəsi sabah müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest