27 Yanvar 2023, 17:59
FUTBOL
“Barselona” gənc futbolçusu Anxel Alarkonla yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bunu klub rəsmi saytı vasitəsilə açıqlayıb.
Kataloniya klubu 18 yaşlı vingeri ilə sözləşmə müddətini 2025-ci ilin yayınadək uzadıb. Anlaşmaya salınan bəndə görə, ispaniyalı oyunçunun sərbəst qalma məbləği 400 milyon avrodu.
Qeyd edək ki, Anxel Alarkon “Barselona”nın akademiyasına 2018-ci ildə “Espanyol”dan cəlb olunub.