Plotsk "Visla"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun keçəcəyi Cənubi Koreya klubu müəyyənləşib. Matc.az saytı xəbər verir ki, bu barədə tanınmış ispaniyalı jurnalist Eugenio Qonzales Agilera paylaşım edib

Plotsk "Visla"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun keçəcəyi Cənubi Koreya klubu müəyyənləşib. Matc.az saytı xəbər verir ki, bu barədə tanınmış ispaniyalı jurnalist Eugenio Qonzales Agilera paylaşım edib.
 
Onun yaydığı məlumata görə, 25 yaşlı müdafiəçi "Tedjon Hana Sitizen"lə anlaşıb. Krivotsyukun Polşa kubu ilə müqaviləsi davam etdiyindən, Cəbubi Koreya təmsilçisi keçid müqabilində təzminat ödəyəcək. Onun transferi "Visla"ya 600 min avroya başa gələcək. Anton yeni komandası ilə 2024-cü ilədək müqavilə imzalayacaq.
 
Qeyd edək ki, Anton Krivotsyuk 2021-ci ilin yayında "Neftçi"dən "Visla"ya 70 min avroya keçib.
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest