çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər müəyyənləşib. Matc.az saytı xəbər verir ki, 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən ilk 4 oyundon sonra 4 futbolçu arasında seçim aparılıb.

Belə ki, azarkeşlər UEFA-nın müəyyənləşdirdiyi "4-lük" - Uqo Lyoris ("Tottenhem"), Duşan Tadiç ("Ayaks"), Mussa Mareqa ("Porto") və Romelu Lukaku ("Mançester Yunayted") arasında seçim aparıb.

Nəticədə ən çox səs toplayan Tadiç həftənin oyunçusu adına layiq görülüb. O, "Ayaks"ın "Real"ı səfərdə böyük hesabla (4:1) məğlub etməsində böyük rol oynamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest