Futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir oyun keçirilib.

Futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir oyun keçirilib.
 
Bakı İdman Sarayında baş tutan matçda "Record" U-17 üzərində qələbə qazanıb.
 
İkinci oyun günündə daha dörd qarşılaşma baş tutub. Yekunda U-19, "Baku Fire", "Şamaxı" və "Rəvan" komandaları 1/4 finala vəsiqə qazanıblar.
 
1/8 final mərhələsinə bu gün keçirilən 3 oyunla yekun vurulub. Ən böyük sürpriz çempionatın lideri "Araz Naxçıvan"ın ADBTİA ilə oyunda uduzaraq mübarizəni dayandırması olub. Günün digər qalibləri "Neftçi" İK və MUM olub.
 
Azərbaycan kuboku
1/8 final
15 mart
 
Record - U-17 5:1
Hakimlər: Şakir Quliyev, Məmmədəli Kərimov, Ziya Nəsirov
Hakim-inspektor: Füzuli Nəcəfov
 
16 mart
 
Alyans – U-19 3:11
Hakimlər: Anar Fərəcov, Vüsal Balaşov, İmran Məhərrəmov
Hakim-inspektor: Azad Hüseynov
 
Baku Fire – Dalğa 15:2
Hakimlər: Ramil Namazov, Hidayət Feyzullayev, Ceyhun Hüseynov
Hakim-inspektor: Ramiz Əsədov
 
Şamaxı – Flaqman 10:5
Hakimlər: Hacıəli Ağayev, Mahir Məmmədov, Rza Məmmədov
Hakim-inspektor: Elçin Səmədli
 
Baku Fire-3 – Rəvan 5:10
Hakimlər: Əli Cəbrayılov, Ziya Nəsirov, Ceyhun Hüseynov
Hakim-inspektor: Mehman Mahmudov
 
17 mart
 
ADBTİA – Araz Naxçıvan 9:8
Hakimlər: Hikmət Qafarlı, Elgün Hüseynov, Kənan Məlikov
Hakim-inspektor: Azad Hüseynov
 
Neftçi İK – Advokat 9:4
Hakimlər: Xəlil Xəlilov, Nahid Xasıyev, Əli Cəbrayılov
Hakim-inspektor: Mehman Mahmudov
 
Baku Fire-2 – MUM 3:5
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Kənan Məlikov
Hakim-inspektor: Murad Məmmədov
 
Beləliklə, 1/4 finalda bu komandalar üz-üzə gələcəklər:
 
ADBTİA – Rəvan
MUM - U-19
Baku Fire – Record
Şamaxı - Neftçi İK

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest