Qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, növbəti mərhələyə 2 vəsiqənin sahibi "Barselona" və "Liverpul" olub.

İspaniya təmsilçisi ilk görüşdə qolsuz heç-heçə etdiyi "Lion"u darmadağın edib. Messinin dubl etdiyi görüşdə komanda yoldaşları Koutinyo, Pike və Dembele də fərqlənib.

Gecənin daha çox maraq kəsb edən oyunu Münhendə baş tutub. Burada yerli “Bavariya” “Liverpul”la qarşılaşıb. Bu komandalar arasındakı ilk qarşılaşmada da qapılara top vurulmamışdı. Cavab matçında isə rəqibini 3:1 hesabı ilə məğlub edən "Liverpul" 1/4 finala yüksəlib.

Beləliklə, "Ayaks" (Hollandiya), "Tottenhem", "Mançester Yunayted", "Mançester Siti" (hər üçü İngiltərə), "Portu" (Portuqaliya) və "Yuventus"un (İtaliya) ardından "Liverpul" və "Barselona" da 1/4 finalda oynamaq hüququ qazanıb.   

Çempionlar Liqası, 1/8 final
Cavab oyunları
13 mart

“Barselona” (İspaniya) – “Lion” (Fransa) - 5:1
Messi 17 (pen); 78;  Koutinyo,31; Pike, 81; Dembele, 86 - Tausart, 58
Barselona. “Nou Kamp” stadionu. Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun – 0:0
“Barselona”: 1.Ter Ştegen, 3. Jerard Pike, 4. İvan Rakitiç, 5. Serxio Buskets, 7. Koutinyo, 8. Artur, 9. Luis Suarez, 10. Lionel Messi, 15. Klement Lenqlet, 18. Jordi Alba, 20. Serji Roberto
“Lion”: 1. Antoni Lopez, 5. Ceyson Denayer, 6. Marselo, 9. Musa Dembele, 11. Memfis Depay, 14. Leo Dubois, 18. Nabil Fekir, 20. Fernando Marçal, 22. Mendi, 28. Tanguy Ndombele, 29.Lukas Tausart

 


“Bavariya” (Almaniya) – “Liverpul” (İngiltərə) - 1:3
Matip, 38 (avtoqol) - Mane, 26; 84; Van Diyk, 69
Münhen. “Alyans Arena”. Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun – 0:0
“Bavariya”: 1. Manuel Noyer, 4. Niklas Süle, 5. Mats Hummels, 6. Tyaqo Alkantara, 7. Frank Riberi,  8. Xavi Martinez, 9. Robert Levandovski, 11. Xames Rodrigez, 13. Rafinya, 22. Serj Qnabri, 27. David Alaba,
“Liverpul”: 13. Alison Bekker, 3. Virgil Van Diyk, 5. Jorjinyo Vaynaldum, 7. Jeyms Milner, 8. 9. Roberto Firimino, 10. Sadio Mane, 11. Mohammed Salah, 14. Cordan Henderson, 26. Endi Robertson, 32. Coel Matip, 66. Trent Aleksandr Arnold

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest