"Yuventus"un hücumçusu Kriştianu Ronaldo yeni rekorda imza atıb. Portuqaliyalı superulduz buna Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" ilə cavab oyununda nail olub.

"Yuventus"un hücumçusu Kriştianu Ronaldo yeni rekorda imza atıb. Matc.az saytı xəbər verir ki, portuqaliyalı superulduz buna çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" ilə cavab oyununda nail olub.

Qarşılaşmada het-trikə imza atan Ronaldonun ikinci topu onun avrokuboklarda 125-ci qolu olub. Bu isə yeni rekord deməkdi.

Müdafiəçi Corcio Kyellini isə dünən "Yuve"nin heyətində bütün turnirlərdə 500-cü oyununu keçirib. Yubiley matçına çıxan Kyellini "qoca sinyora"da 500 səddinə çatan 5-ci oyunçu olub. O, hazırda Alessandro Del Pyero (705 oyun), Canluici Buffon (656), Qaetano Şirea (552) və Cüzeppe Furinodan (528) geri qalır.

Qeyd edək ki, səfərdə 0:2 hesabı ilə yenilən "Yuventus" öz meydanında 3:0 hesablı qələbə sayəsində 1/4 finala adlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest