çempionlar Liqasının 1/8 final mərhələsində "Bavariya"nı üstələyən (0:0, 3:1) "Liverpul" mübarizəni davam etdirsə də, iki oyunçusunu itirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, komandanın aparıcı müdafiəçilərindən olan Endryu Robertson 1/4 finalın ilk oyununu buraxacaq.

Buna səbəb cinah oyunçusunun dünənki qarşılaşmanın son dəqiqələrində sarı vərəqə alaraq, cəzalı duruma düşməsidi. Cari mövsüm çL-də 3-cü "sarı"nı alan Robertson yalnız 1/4 finalın cavab oyununda komandasına kömək edə biləcək.

Yarımmüdafiəçi Henderson isə ilk dəqiqələrdə zədələnərək, əvəzlənməli olub. 13-cü dəqiqədə yerini Fabinyoya verən İngiltərə millisinin üzvünün durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest