Topaz Premyer Liqasının III dövrəsinin son oyununda "Zirə" ilə "Keşlə" üz-üzə gələcək. Matc.az saytı xəbər verir ki, turnir cədvəlində qonşu olan komandaların dueli autsayderlər zonasını daha çox maraqlandırır.

Paytaxt təmsilçilərinin eyni xala malik olmaları görüşə marağı ikiqat artırır. Qalibiyyət onları 5-ci pilləyə yüksəldə, məğlubiyyət isə sonuncu yerə yuvarlada bilər. Təbii ki, "Sabah" - "Sumqayıt" görüşünün nəticəsinin də buna təsiri olacaq.

Hər iki komanda mövsümün ikinci yarısını qeyri-stabil keçirir. Xüsusən də, "Zirə"nin ardıcıl nə qələbə, nə də məğlubiyyət seriyası olması diqqətçəkən məqamdı. Ancaq digər tərəfdən Samir Abasovun kollektivinin getdikcə toparlandığını da vurğulamaq olar. 5 oyundu məğlubiyyət üzü görməyən zirəlilər 2 qələbə, 3 heç-heçəyə imza atıblar. Ötən turda "Qarabağ"dan xal almaları xüsusi diqqət çəkilməli olan məqamdı.

"Keşlə" isə ilə uğursuz başlanğıc etməsinə baxmayaraq, getdikcə daha yaxşı nəticələr göstərməyə başladı. Tərlan Əhmədovun yetirmələri son 4 qarşılaşmanın 2-də qələbə qazanıb, 1-də heç-heçə ediblər.

"Zirə" son 5 ev oyununda "Keşlə"yə uduzmayıb ki, qonaqlar bu tilsimi qırmalıdılar. Ancaq digər tərəfdən bu komandaların axırıncı 4 duelinin 3-də "Keşlə"nin qələbə qazanması və 1-də bərabərlik qeydə alınması da diqqətçəkən məqamdı.

Komandalar heyətlə bağlı ciddi problem yaşamırlar. "Keşlə"də yalnız Amil Yunanov cəzalı durumda idi. Ancaq hücumçu da artıq cəzasını çəkib. Paytaxt təmsilçilərinin son turda müsbət nəticə göstərmələri sabahkı oyun öncəsi onlara əlavə stimul verəcək. Bu da gərgin mübarizə vəd edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest