Sona 3 tur qalmış Premyer Liqada qalmaq ümidini artıran "Səbail" indidən növbəti mövsümün planlarını cızmağa başlayıb. Matc.az saytının əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi yayda "təmizliyə" baş məşqçidən başlayacaq.

Bakılılar komandanı elitada saxlaması üçün bu posta təyin etdiyi Şahin Diniyevlə yola davam etməyi planlaşdırmır. Hətta "dənizçilər" Premyer Liqada qalsa belə, Diniyevin postunda qalmaq şansı çox azdı.

Klubun baş sponsoru ASCO növbəti mövsüm üçün daha iddialı heyət qurmağı düşünür. Buna uyğun baş məşqçi axtarışında olan "Səbail" əcnəbi mütəxəssislə anlaşmaq niyyətindədi. Hədəfdəki ilk çalışdırıcı isə ukraynalı Oleq Tarandı. ölkəsində "Krivbas", "Metallurq" (Zaporojye) və Slovakiyada "Slovan"a rəhbərlik etmiş 63 yaşlı Taran son olaraq 2020-ci ildə Ukraynanın ikinci liqa təmsilçisi "Peremoqa"da idman direktoru kimi fəaliyyət göstərib. Taran hələlik "Səbail"in baş məşqçisi olmağa ilk namizəddi.

Qeyd edək ki, "Səbail" sona 3 tur qalmış 25 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Bakılılar axırıncı yerin sahibi olan "Şamaxı"nı 2 xal qabaqlayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest