Misli Premyer Liqasında sona 2 tur qalmış çempionluğu rəsmiləşdirən "Qarabağ" 2023-24 mövsümündə Azərbaycanı çempionlar Liqasında (çL) təmsil edəcək. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirində I mərhələdən mübarizəyə başlayacaq.

"Qarabağ" I raundun püşkatmasında səpələnmişlərin səbətində qərarlaşacaq. Bu isə o deməkdi ki, komandamız zəif komanalardan biri ilə görüşəcək. Hətta Qurban Qurbanovun yetirmələri mərhələ adlayacağı təqdirdə, II raundda da güclülər arasında olacaq.

"Qarabağ"ın I təsnifat mərhələsindəki potensial rəqiblərindən artıq 9-u məlumdu. Həmçinin ilkin mərhələnin qalibi də təmsilçimizin mümkün rəqiblərindən biri olacaq.

UEFA çempionlar Liqası
İlkin mərhələ

Səpələnmişlər:
"Breydablik" (İslandiya)
Monteneqro çempionu
Səpələnməmişlər:
"Tre Penne" (San-Marino)
"Atletik Ekaldes" (Andorra)
I təsnifat mərhələsi
Səpələnmişlər: 
"Ferentsvaroş" (Macarıstan)
"Qarabağ" (Azərbaycan)
"Slovan" (Slovakiya)
BATE (Belarus)
"Astana" (Qazaxıstan)
"Jalgiris" (Litva)
HIK (Finlandiya)
"Flora" (Estoniya)
"Şemrok Rovers" (İrlandiya)
TNS (Uels)

Səpələnməmişlər:
"Klaksvik" (Farer adaları)
"Dinamo" (Tbilisi, Gürcüstan)
"Rakuv" (Polşa)
"Haken" (İsveç)
"Valmieras" (Latviya)
"Larne" (Şimali İrlandiya)
"Hamrun" (Malta)
"Hesperange" (Lüksemburq)
"Struqa" (Şimali Makedoniya)
Qeyri-müəyyənlər:
"Olimpiya" (Sloveniya)
"Zrinski" (Bosniya və Herseqovina)
"Linkoln" (Cəbəllütariq)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest