Azərbaycan millisi sabah AVRO-2020-nin ilk oyununda Xorvatiya ilə görüşəcək. Matc.az-ın məlumatına görə, bu qarşılaşma iki komanda arasında 3-cü oyun olacaq.

Millimizi balkanlılarla hər görüşə bir baş məşqçi çıxarıb. 2014-cü il oktyabrın 13-də almaniyalı baş məşqçi Berti Foqtsun yetirmələri AVRO-2016-nın seçmə oyununda fiasko yaşayıb.

Həmin vaxt Osiyekdə 6 cavabsız qol buraxan millimiz baş məşqçi istefası ilə üzləşib. 2015-ci il sentyabrın 3-də isə "Bakcell Arena"da sensasiya qeydə alınıb. Xorvatiyalı Robert Prosineçkinin başçılıq etdiyi komandamız rəqibini büdrədib – 0:0.

Bu dəfə də milliyə xorvat mütəxəssis rəhbərlik edəcək. Nikola Yurçeviç yığmamızdakı debütünü həmyerlilərinə qarşı gerçəkləşdirəcək.

Qeyd edək ki, əvvəlki 2 oyunda qol vurmayan yığmamız 6 top buraxdığı görüşlərdə 1 xal qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest