Niderlandın "Ayaks" komandasının baş məşqçisi Con Heytinqa istefaya göndərilib. Matc.az xəbər verir ki, buna Amsterdam təmsilçisinin geridə qalan mövsümdə uğursuz çıxışı səbəb olub.
 
Klub rəhbərliyi 40 yaşlı mütəxəssislə başa çatan müqavilənin müddətini yeniləməyib.
 
Qeyd edək ki, mövsümü 69 xalla 3-cü pillədə başa vuran "Ayaks" UEFA çempionlar Liqasına vəsiqə qazana bilməyib.
 
2016-cı ildən paytaxt təmsilçisində çalışan Con Heytinqa bu ilin yanvarından komandaya başçılıq edirdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest