12 İyul 2026, 18:48
FUTBOL
Komanda Premyer Liqa təcrübəsinə malik yarımmüdafiəçi Fərid Yusiflini rənglərinə bağlayıb.
"Şəfa" klubu yay "transfer pəncərəsi"ndə heyətinə yeni oyunçu qatıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
Bildirilir ki, komanda Premyer Liqa təcrübəsinə malik yarımmüdafiəçi Fərid Yusiflini rənglərinə bağlayıb. 24 yaşlı orta sahə oyunçusu ilə yaxın 2 ili əhatə edən rəsmi müqavilə imzalanıb.
Qeyd edək ki, "Neftçi" akademiyasının yetirməsi olan və vaxtilə Azərbaycanın U-21 milli komandasının da şərəfini qorumuş Yusifli, son olaraq Qərb təmsilçisi "Turan Tovuz"un uğurları üçün çıxış edib.












