Macarıstanın "Ferensvaroş" klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevdən əl çəkmir. Matc.az saytının Macarıstan mətbuatına istinadən məlumatına görə, adıçəkilən komanda 27 yaşlı hücumçunu heyətinə cəlb etməkdə israrlıdı.
Mövsüm bitən kimi "Qarabağ"dan ayrılan Premyer Liqanın bombardiri "Ferensvaroş"un transfer hədəfləri sırasındadı. Lakin onun karyerasını Taylandda davam etdirməsi gözlənilir. çünki Şeydayev bu ölkənin çempionu "Buriram Yunayted"la ilkin müqavilə bağlayıb.
Qeyd edək ki, Ramil Şeydayev 2022-23 mövsümündə Premyer Liqada 22 qol vurub.