06 İyun 2023, 15:20
FUTBOL
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iki mərhələdən ibarət təlim-məşq toplanışı keçirəcək. Matc.az xəbər verir ki, yığma iyunun 9-dan 11-dək Bakıda, 12-dən 21-dək Qəbələdə hazırlıq keçəcək.
Komandamız Qəbələdə olduğu müddətdə iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Əvvəlcə ayın 16-da gürcüstanlı həmyaşıdları ilə qarşılaşacaq U-19 iyunun 20-də Belarusla üz-üzə gələcək.
Toplanışa çağırılan heyət: Samir Ağayev, Eşqin Əhmədov, Ravil Qafarov, Şahin Şahniyarov, İlkin Budaqov, Sənan Ağalarov (hamısı "Qəbələ"), Aslan Şirinov, Rüfət Abbasov, Murad Məmmədov (hamısı "Neftçi"), Rəvan Mirzəmmədov, Tuncay Cəfərli, Fəxri Məmmədli (hamısı "Sabah"), Sadiq Məmmədzadə, Zaman Zamanlı (hər ikisi "Səbail"), Ayxan Qocayev, Nihad Əhmədzadə (hər ikisi "Sumqayıt"), Musa Məmmədov, Elton Mikayılov (hər ikisi "Qarabağ"), Xəyal Fərzullayev (MOİK), Edqar Adilxanov ("Şamaxı"), Murad Ələkbərov ("Zirə"), Sadiq Şəfiyev ("Turan Tovuz"), Raul Hacıyev ("Rustavi", Gürcüstan), Nahid Əliyev ("Dinamo", Sankt-Peterburq, Rusiya).