"Fiorentina"nın baş məşqçisi Vinçentso İtaliano Konfrans Liqasının finalında "Vest Hem"lə keçirilən oyunu dəyərləndirib. Matc.az xəbər verir ki, mütəxəssis komandasının 1:2 hesablı məğlubiyyətinin səbəblərini açıqlayıb.
 
O, məğlubiyyətə layiq oynamadıqlarını söyləyib:
 
"Finalda çox yaxşı oynasaq da, məğlub olduq. Günün belə bitəcəyini düşünməzdim. Yaxşı oynadıq, şanslarımız oldu, qaçırılan penaltidən sonra hesabı bərabərləşdirdik. Buraxılan topa düzgün reaksiya verdik. Amma sonda müdafiədə səhv etdik və hər şey bitdi". 
İtaliano müdafiədə buraxılan səhvin həlledici olduğunu düşünür: "Böyük riskə getmək istəmirdik. Bilirdik ki, səbirli oynamaqla qalib gələ bilərik. Amma bu cür uduzacağımızı gözləmirdik. çox üzr istəyirəm. Hər şeyi düzgün etdik. Amma müdafiəçilər son qol epizodunda bir metr yaxın olmalı idilər. Bu, çətin deyil. Deməli, bu cür səhvlər finalda baha başa gələ bilər".
 
Qeyd edək ki, "Fiorentina" bununla dördüncü dəfə avrokubokların finalında məğlub olub. İtaliya komandası yalnız 1961-ci ildə Kuboklar Kubokunu qazanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest