"Əl İttihad"ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı Pro Liqasının potensialını yüksək qiymətləndirib.

Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: "Səudiyyə Ərəbistanı çempionatı dünyanın ən yaxşı liqası olmağa doğru irəliləyir. Komandalarda yüksək səviyyəli oyunçuların sayı artarsa, bu baş verəcək. Bu, liqanın daha da inkişafına töhfə verəcək".

 

Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanı liqasında Kristiano Ronaldo, Neymar, N'Golo Kante və başqaları kimi oyunçular çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest