Misli Premyer Liqasında VII tur başa çatıb. Matc.az xəbər verir ki, bu gün turun qapanış oyunu keçirilib. 
 
Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Qəbələ" axırıncı çempion "Qarabağ"ı qəbul edib. Görüşə fəal başlayan qonaqlar olub. Bunun nəticəsi olaraq da "Qarabağ" hesabı açan tərəf olub. Ev sahibi komandası vurulan qolun təsirindən ayılmamış qapısında ikinci qolu görüb. İlk hissədə qarşılaşmanın taleyini həll edən  Ağdam təmsilçisi üstünlüyünü sonacan qoruyub-saxlayıb. "Qəbələ" ikinci hissənin sonlarında vurulan qollardan birinin əvəzin çıxa bilib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb. 
 
Misli Premyer Liqası
VII tur
25 sentyabr (bazar ertəsi)
 
19:00. "Qəbələ" – "Qarabağ" 1:2
Qollar: Lukas Afriko, 75  - Hamidu Keyta, 2;  Nəriman Axundzadə, 11
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamran Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu
 

"Qəbələ": 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov (k), 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani, 8. Gilad Abramov

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 14. ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo

"Qarabağ": 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 18. Olavio Juninyo

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Səbail" "Araz-Naxçıvan"a qalib gəlib (1:0), "Sumqayıt" – "Turan Tovuz" (0:0), "Zirə" – "Neftçi" (1:1) və "Sabah" – "Kəpəz" (2:2) görüşləri bərabərliklə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest