"Mirzovun "Neftçi"yə keçidindən iki gün əvvəl onunla əlaqə saxladım, mənə heç nə demədi". Matc.az xəbər verir ki, bunu rusiyalı futbolçu İlya Kuxarçuk ölkəsinin mətbuatına açıqlamasında deyib.
 
Hazırda "Pari NN"in formasını geyinən 33 yaşlı hücumçu ötən üç ildə "Ximki"də birgə çıxış etdiyi Reziuan Mirzovun "Neftçi"yə transferinə münasibət bildirib. O, 30 yaşlı hücumçunun doğru addım atdığını düşünür: "Mirzov mənə təkliflərin çox olduğunu, getməyə hələ hazır olmadığını demişdi. Ancaq cəmi iki gün sonra gördüm ki, müqavilə imzalayır. Onu narahat etmədim. Düşünürəm ki, "Neftçi" çox güclü komandadı. Mirzov da yaxşı oyunçudu. Ona uğurlar arzulayıram".
 
Kuxarçikin fikrincə, "Neftçi" Rusiyada bəzi klublardan səviyyəlidi: "Yəqin ki, onun buradan gedişinə "Ximki"nin aşağı liqaya düşməsi təsir etdi. Premyer Liqa komandaları baxırlar, futbolçu da yaşlıdı. Bununla belə, "Neftçi" layiqli seçimdi. Onlar Rusiya Premyer Liqasının bəzi klublarından güclüdülər".
 
Qeyd edək ki, Reziuan Mirzov "Neftçi" ilə 1 illik müqavilə bağlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest