"Barselona"nın baş məşqçisi Xavi La Liqanın 7-ci turunda "Malyorka" ilə heç-heçədən (2:2) sonra fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "Bu gün hesabı bərabərləşdirə bildik. Lakin bizim səhvimiz bizi yenidən mübarizə aparmağa məcbur etdi. Səhvlərimizə görə bu gün qalib gələ bilmədik. Müdafiəni yaxşılaşdırmalıyıq. O, ötən mövsüm möhkəm görünürdü. Bu gün biz təmkinli  oynadıq. Amma baş verməməli olan iki səhvə yol verdik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest