"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Liqa Kubokunun 3-cü təsnifat mərhələsində "Kristal Pelas"ı məğlub etdikdən sonra (3:0) matçlar üçün heyəti seçmək üsullarından danışıb.

Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "Meydanda çoxlu gənc oyunçularımız var idi və görürsən ki, onlar hər an inkişaf edir. Mənim rəhbərliyimdə heç bir futbolçu layiq olmadığı halda heyətdə yer almayacaq. Əvəzedici kimi meydana çıxan oyunçular - Hannibal, Qarnaço, Pellistri, Dan Qor - onlar buna layiqdirlər və bunu hər gün məşqdə nümayiş etdirməlidirlər".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest