Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Matç.az saytı xəbər verir ki, bununla da 13 günlük mübarizəyə yekun vurulub.

Oktyabrın 6-dan 18-dək keçirilən mötəbər yarışda 206 ölkənin 3 min 997 idmançısı mübarizə aparıb. Onlar 32 idman növündə 241 dəst medalın sahibini müəyyənləşdirib.

İştirakçı ölkələrdən yalnız 93-ü mükafat qazanmağı bacarıb. Medal sıralamasının mütləq qalibi Rusiya olub. Onların izləyiciləri Asiya təmsilçiləri – Çin və Yaponiya da üçlükdə yer alıb.

Azərbaycan millisi Olimpiadanı 6 medalla yekunlaşdırıb. Yığmamız 2 qızıl, 1 gümüş və 3 bürüncə yiyələnib. Ölkəmiz bu siyahıda 34-cü yeri Norveçlə bölüşüb.

Qeyd edək ki, iki idmançımız - cüdoçu Vüqar Talıbov 65 kq, sərbəst güləşçi Turan Bayramov 66 kq çəki dərəcəsində Olimpiya çempionu adına yiyələnib. Millimizin yeganə gümüş mükafatını ağırlıqqaldıran Tarmenxan Babayev 85 kq çəki dərəcəsində əldə edib. Taekvondoçu Cavad Ağayev 63 kq, güləşçi Şəhanə Nəzərova 43 kq, boksçu Nurlan Səfərov 60 kq çəki dərəcəsində fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Daha bir idmançımız - bədii gimnast Yelizaveta Luzan Beynəlxalq Olimpiya Komitəsinin (BOK) komandasının heyətində qızıl medala yiyələnib.

 

yer

Ölkə

Q

G

B

C

1

Rusiya

29

18

12

59

2

Çin

18

9

9

36

3

Yaponiya

15

12

12

39

BOK*

13

13

13

39

4

Macarıstan

12

7

5

24

5

İtaliya

11

10

13

34

6

Argentina

11

6

9

26

7

İran

7

3

4

14

8

ABŞ

6

5

7

18

9

Fransa

5

15

7

27

10

Ukrayna

5

7

6

18

11

Tailand

5

5

2

12

12

Avstraliya

4

8

4

16

13

Özbəkistan

4

4

6

14

14

Kolumbiya

4

3

3

10

Qazaxıstan

4

3

3

10

16

Kuba

4

0

2

6

17

Hindistan

3

9

1

13

18

Böyük Britaniya

3

4

5

12

19

Almaniya

3

4

2

9

20

Meksika

3

3

6

12

21

Çexiya

3

3

5

11

22

Misir

3

2

7

12

23

İsveç

3

2

1

6

24

Yunanıstan

3

1

2

6

25

CAR

3

1

1

5

26

Keniya

3

1

0

4

Yeni Zelandiya

3

1

0

4

28

Braziliya

2

4

7

13

29

Rumıniya

2

3

3

8

30

Belçika

2

3

2

7

31

Sloveniya

2

2

5

9

32

Efiopiya

2

2

4

8

33

Bolqarıstan

2

2

2

6

34

Azərbaycan

2

1

3

6

Norveç

2

1

3

6

36

Danimarka

2

1

1

4

37

Vyetnam

2

1

0

3

38

Malayziya

2

0

0

2

Moldova

2

0

0

2

Qətər

2

0

0

2

Venesuela

2

0

0

2

42

Mərakeş

1

5

1

7

43

Cənubi Koreya

1

4

7

12

44

Gürcüstan

1

4

1

6

45

Türkiyə

1

3

7

11

46

İspaniya

1

3

5

9

47

Belarus

1

3

3

7

48

Nigeriya

1

3

0

4

49

Ekvador

1

2

2

5

50

Portuqaliya

1

2

0

3

51

Avstriya

1

1

7

9

52

İsrail

1

1

1

3

Litva

1

1

1

3

Slovakiya

1

1

1

3

Tunis

1

1

1

3

56

Səudiyyə Ərəbistanı

1

0

2

3

57

Ermənistan

1

0

1

2

Dominikan Respublikası

1

0

1

2

Finlandiya

1

0

1

2

Uqanda

1

0

1

2

61

Burundi

1

0

0

1

İslandiya

1

0

0

1

Mavritaniya

1

0

0

1

64

Əlcəzair

0

5

0

5

65

Kanada

0

3

6

9

66

Serbiya

0

2

3

5

67

Qırğızıstan

0

2

1

3

Monqolustan

0

2

1

3

69

Hollandiya

0

1

5

6

70

İrlandiya

0

1

3

4

Polşa

0

1

3

4

72

Çin Taypeyi

0

1

2

3

Xorvatiya

0

1

2

3

Puerto-Riko

0

1

2

3

İsveçrə

0

1

2

3

76

Honq-Konq

0

1

1

2

Yamayka

0

1

1

2

Zambiya

0

1

1

2

79

Lüksemburq

0

1

0

1

Filippin

0

1

0

1

Sent-Lüsiya

0

1

0

1

BƏƏ

0

1

0

1

83

Makedoniya

0

0

2

2

84

Əfqanıstan

0

0

1

1

Eritreya

0

0

1

1

Estoniya

0

0

1

1

Honduras

0

0

1

1

İndoneziya

0

0

1

1

İordaniya

0

0

1

1

Kosovo

0

0

1

1

Niger

0

0

1

1

Pakistan

0

0

1

1

Şri-Lanka

0

0

1

1

 

93 ölkə

240

241

265

746

Qeyd: Beynəlxalq Olimpiya Komitəsinin yığması “*” işarəsi ilə fərqləndirilib. Q – qızıl, G – gümüş, B – bürünc, C – cəmi medal sayını göstərir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest