27 Noyabr 2023, 19:39
FUTBOL
A Seriyasının 13-cü turu çərçivəsində keçirilən "Yuventus" və "İnter" dueli bərabərə bitib - 1:1.
Matc.az xəbər verir ki, “İnter”in hücumçusu Lautaro Martinez yenidən qol vurub və bu, onun cari İtaliya çempionatında 13-cü qoludur. Bu təqvim ilində onun nəticəsi heyranedicidir. 2023-cü ildə o, 27 dəfə fərqlənib. Argentinalının bir təqvim ilində ən çox qol vurmaq üzrə "İnter"in rekordunu bərpa etməyə cəmi bir qol qalıb. Milan klubunda 2012-ci ildə Dieqo Milito və 2001-ci ildə Kristian Vieri hərəyə 28 qol vurub. Lautaro Martinezin simvolik dueti keçərək rekordun sahibi olmaq üçün bir aydan çox və bir neçə matçı var.