16 İyun 2026, 18:07
FUTBOL
Yeni mövsümdə Misli Premyer Liqasında çıxış edəcək "Şəfa" klubu elitadakı debütü öncəsi heyətini formalaşdırmağa və müqaviləsi bitən oyunçularla yolları ayırmağa davam edir.
Matc.az xəbər verir ki, I Liqanın çempionu olaraq elitaya birbaşa vəsiqə qazanan paytaxt təmsilçisində 3 futbolçu ilə rəsmən yollar ayrılıb.
Komandanı elitaya daşıyan heyətdə yer alan müdafiəçi Novruz Məmmədov, eləcə də yarımmüdafiəçilər Aqşin Paşayev və Urfan İsmayılovun klubla sözləşmə müddəti başa çatıb.
Zaur Həşimovun baş məşqçi təyin olunmasından sonra Premyer Liqa üçün daha güclü heyət qurmağı hədəfləyən klub rəhbərliyi, hər üç oyunçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.













